Bir mahnı var dilimdə
Bir də əynimi bayraq bəzəyir
Saçım da səliqəsiz
"İrəli" dedikcə, vuruşuruq
Bir az da dincəlim, sinəm qalır nəfəssiz
Vətən dediyin, səhər əzanı kimi
Vətən dediyin, evim kimi, anam kimi
Vətən dediyin, üzümdəki son gülüş kimi
Uzaqdan görsənər uşaqlığın, bura cəbhədi
Məni böyüdən anam həyatda səngərim
Bir də məni əclaf güllərlərdən qoruyur
Bu Vətənimin daşlarından hörülmüş səngərim
Azca səbir, bitsin bu azadlıq müharibəsi, mən gəlim
Bir mahnı var dilimdə, sözləri ağır, daşıyır taqətim
Görəsən saat neçədə bitər, hərdən gəlir hər şeyi ağır kimi
Yel çıxdı özünə tufan deyən düşmən
Biz indi bir neçə dost
Mübariz, Çingiz, Polad, bir də mən
Şuşa dəyir gözümüzə, nə gözəlsən, ey Vətən
Daha bundan savayı nə gözəllik görə bilərəm mən?
Ürəyim səngərin, sənin həsrətin, məndədi, qoruyuram
Düşmən yandırar elimi, ürəyimizi dağlar
Bizim cəsarətlə hörülüb evimiz
Ürəyimizdəki sevgiyə dağılar dağlar
Yaralarımı da boş ver
Şuşada əsgər yaraları tez sağalar
Bir mahnı var dilimdə, qucaqlayıb yatıram gecələr rahatlıq əvəzi
Əgər bu gün tikirlərsə azadlıq bayrağı, biz o naxışların dərzisi
Kim istər müharibə, lakin belə qurulub xain düşmən tərəzisi
Bir gözündə tək mənim cəsatim ağırdır
Digər gözündən bütün düşmənin ümməti
Mən çox da sevmirəm danışmağı
İstəyirəm bir daş üstündə oturum
Bir mahnı oxuyum bütün şəhid dostlarıma
Bir mahnı oxuyum dostlarım
Bir mahnı oxuyum Vətənimə
Üzümdə məğrur bir gülümsəməylə
Bir daşın üstündə oturum
Azadlıq hədiyyə edim Vətənimin bütün övladlarına
Bir mahnı oxuyum, azca da gülümsəyim yenə
Mənə gülmək yaraşır
Bizə azadlıq, bütövlük, bizə birlik
Bizə əynimizdəki müqəddəs forma yaraşır
Qolumuzdakı bayraqlar
Bu bayraqlar bir-birinə çox yaraşır
İstəyirəm bir mahnı oxuyum
Bütün azadlıq döyüşçülərinin xatirəsinə
Azadlıq Döyüşçüləri was written by Ali Khayyam.
Ali Khayyam released Azadlıq Döyüşçüləri on Fri Dec 25 2020.