Azərbaycan Diyarım by Vüqar Əbdülov
Azərbaycan Diyarım by Vüqar Əbdülov

Azərbaycan Diyarım

Vüqar Əbdülov * Track #1 On Demədim

Download "Azərbaycan Diyarım"

Azərbaycan Diyarım by Vüqar Əbdülov

Release Date
Tue Mar 28 2006
Performed by
Vüqar Əbdülov

Azərbaycan Diyarım Lyrics

[Bənd 1: Vüqar Əbdülov]
Badi kubə adlanan qədim şəhər
Səni alır qoynuna mavi Xəzər
Şəhərlər arasında çox mötəbər
Tarixi bir sərvətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 2: Abbas Bağırov]
Gələnlər görürlər, cənnətdir Bakı
Görənlər deyirlər: “Cənnətdir Bakı”
Sevənlər oxuyur, cənnətdir Bakı
Cənnətdir Bakı

Gələnlər görürlər, cənnətdir Bakı
Görənlər deyirlər: “Cənnətdir Bakı”
Sevənlər oxuyur, cənnətdir Bakı
Cənnətdir Bakı

[Bənd 3: Vüqar Əbdülov]
Qax, Zaqatala, Balakən – yanbayan
Yaz gəlincə gözəlləşir anbaan
Cəmaəti şirindilli, mehriban
Şirin, şəkər şərbətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 4: Tunar Rəhmanoğlu]
Şəki, Şəki – igidlər oylağı
Şəki, Şəki – ömrümün növrağı
Şəki, Şəki – igidlər oylağı
Şəki, Şəki – ömrümün növrağı

[Bənd 5: Vüqar Əbdülov]
Lerik və Yardımlı, Talış dağları
Masallının sərin, saf bulaqları
Astarada gözəl limon bağları
Tanrı verən nemətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 6: Rühəngiz Allahverdiyeva]
Nanədir, reyhandır, hirdir Lənkəran
Qoynu qucaq-qucaq güldür Lənkəran
Rastdır, çahargahdır, şurdur Lənkəran
Gör nə yaraşıqdır, nurdur Lənkəran

[Bənd 7: Vüqar Əbdülov]
Hər qarışın bizə əzizdir, vətən
Tovuzla Xanlar, Gədəbəy, Daşkəsən
Şəmkirimdə çoxdur igid, nər, ərən
Dağ vüqarlı qüvvətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 8: Könül Kərimova]
Şəmkirçay yurdumun ilki, əzəli
Burada qələm çalmış təbiət əli
Məndən inciməsin ellər gözəli
Bu gözəl torpağa igidlər gəlib

Şəmkirçay yurdumun ilki, əzəli
Burada qələm çalmış təbiət əli
Məndən inciməsin ellər gözəli
Bu gözəl torpağa igidlər gəlib

[Bənd 9: Vüqar Əbdülov]
Əvvəl adı olub Həştərxanbazar
İrandan tacirlər edərmiş güzar
Keç Kür çayın, Salyan, sonra Biləsuvar
Cənubla ünsiyyətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 10: Vüqar Əbdülov]
Qolum, qanadım – Cəlilabad
Arzum, muradım – Cəlilabad
Ey mənim ana diyarım
Cəlilabad, ay Cəlilabad

[Bənd 11: Teymur Mustafayev]
Qolum, qanadım – Cəlilabad
Arzum, muradım – Cəlilabad
Ey mənim ana diyarım
Cəlilabad, ay Cəlilabad

[Bənd 12: Vüqar Əbdülov]
Ağsuda, Ağdaşda böyük çal-çağır
Bu bölgələr Şirvana şərqdən baxır
Göyçayımdan igid oğullar çıxır
Xəzinəmiz, zinətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 13: Naməlum müğənni]
Dadlıdır şirin narı
Yaşıldır çinarları
Çox sevir dostu, yarı
Təmizdir etibarı
Yaraşıqlı Göyçayın
Yaraşıqlı Göyçayın
Yaraşıqlı Göyçayın
Yaraşıqlı Göyçayın

[Bənd 14: Vüqar Əbdülov]
Bir tamaşa Qusarla, Xaçmaz, Xudad
Səfalı Nabranda gözəl bağ-bağat
Yayda, xüsusilə, xoş keçir həyat
Behiştimiz, cənnətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 15: Xəyyam Nisanov]
Bir yanın Şahdağı, bir yanın Xəzər
Meyvəli bağların ormana bənzər
Səhər şəfəqləri üstünü bəzər
Sən belə deyildin əzəl, ay Quba
Nə qədər gözəlsən, gözəl, ay Quba
Sən belə deyildin əzəl, ay Quba
Nə qədər gözəlsən, gözəl, ay Quba

[Bənd 16: Vüqar Əbdülov]
Səndən alıb ilhamı gəldik sözə
Nəsimini sən çıxartmısan üzə
Seyid Əzim, Sabiri verdin bizə
Sən sözümüz, söhbətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 17: Naməlum müğənni]
Mehr salmışam, axı
Heyran olmuşam, axı
Qüvvət almışam, axı!
Şamaxı, ay Şamaxı!

Mehr salmışam, axı
Heyran olmuşam, axı
Qüvvət almışam, axı!
Şamaxı, ay Şamaxı!

[Bənd 18: Vüqar Əbdülov]
Arazboyu, Culfa, Şərur bölgəsi
Əshabi-Kəhf, Möminə Xatun türbəsi
Üstümüzdədir dahilər kölgəsi
Yenilməyən qüdrətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 19: Firuzə İbadova və Cavanşir Məmmədov]
Ey könül mülkünün barı, Naxçıvan
Ellərin sevgili yarı, Naxçıvan
Ey könül mülkünün barı, Naxçıvan
Ellərin sevgili, belə, yarı, Naxçıvan

[Bənd 20: Vüqar Əbdülov]
Qubadlı, Zəngilan, Laçın, Xocalı
Xankəndi, Ağdam, Kəlbəcər mahalı
Şuşa xalqımızın dərdi, məlalı
Nisgilimiz, həsrətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 21: Tunar Rəhmanoğlu]
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli
Ruhunu buradan alıb Natəvanın qəzəli
Ruhunu buradan alıb Natəvanın qəzəli

Anadır arzularım hər zaman Qarabağ
Danışan dil-dodağım, tar, kaman – Qarabağ
Qarabağ, can, Qarabağ – ana yurdum

Anadır arzularım hər zaman Qarabağ
Danışan dil-dodağım, tar, kaman – Qarabağ
Qarabağ, can, Qarabağ – ana yurdum, ax
Qarabağ, can, Qarabağ – ana yurdum

[Bənd 22: Vüqar Əbdülov]
Yevlax – yurdumuzun gözəl sahəsi
Hacıkənd sanki cənnət guşəsi
Nizami türbəsi, İmamzadəsi
Pir, ocaq, kəramətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 23: Naməlum müğənni]
Göygöl sənin can sirdaşındır
Kəpəz sənin qan qardaşındır
Sən bahar donlusan, gözəl Gəncəmiz
İşıqlısan, nurlusan, gözəl Gəncəmiz
Sən bahar donlusan, gözəl Gəncəmiz, ah
İşıqlısan, nurlusan, gözəl Gəncəmiz

[Bənd 24: Vüqar Əbdülov]
Sən mənə candan da əzizsən, canım
Üçrəngli enməyən bayraq, ad, sanım
Odlar yurdu, şanlı Azərbaycanım
Öz müstəqil dövlətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim
Öz müstəqil dövlətimizsən bizim
Sən şanımız, şöhrətimizsən bizim

[Bənd 25: Vüqar Əbdülov və xor]
Çöllərindir şən, hər yerin gülşən
Sən nə gözəlsən, ey ana vətən
Çöllərindir şən, hər yerin gülşən
Sən nə gözəlsən, ey ana vətən

Bağdır, əkindir hər bir bucağın
Qızıl təkindir sənin torpağın
Bağdır, əkindir hər bir bucağın
Qızıl təkindir sənin torpağın

Azərbaycan, Azərbaycan
Azərbaycan, Azərbaycan
Azərbaycan, Azərbaycan
Yaşa, yaşa, Azərbaycan!

Azərbaycan Diyarım Q&A

Who wrote Azərbaycan Diyarım's ?

Azərbaycan Diyarım was written by Vüqar Əbdülov.

When did Vüqar Əbdülov release Azərbaycan Diyarım?

Vüqar Əbdülov released Azərbaycan Diyarım on Tue Mar 28 2006.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com