[Bənd 1]
Azərilər, sərsərilər, kimsiniz?
Ay dəlilər, nəşəlilər
Yatmışlar, batmışlar, bayquşlar, qara quşlar
Ağ quşlar, qar, qışda
Ölmüşlər, sönmüşlər, dönmüşlər, gözlərini gömmüşlər
Özlərini bölmüşlər
Ürək-dirək, böyük millət, böyük dirək, kiçik dövlət
Kasıb-kusubu arzular, varlısı hallısı arzular
Bunlar bir-birini söyənlər, özlərini öyənlər
Gözlərini döyənlər, haqdan çox deyənlər
Nahaqdan döyülənlər yeyənlər-içənlər
Kefçün candan keçənlər, keçərlər, ləçərlər
Köçərilər, qaçaqlar
Bütün mənfi qəhrəman qoçaqlar
Azərbaycan, s**dılar batırdılar
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
[Bənd 2]
Çox olub bu torpağın igidləri, indi “ham-ham” deyir
İtləri, kütləri *** basıb şəhəri
Dəli olub Əli, Əli olub dəli, ya Əli
Koroğlu, kor oğlu, Qaçaq Nəbi, qaçqın Nəbi
Nəsimi satıb dərisini, Füzuli dəli olub
Ailəsi yolunda Nizami şərikdir pulunda
Cavid özü iblis olub, pis olub
Hamıyla üz olub
Əhli məni üz olub
Tez olun, tarixə iz olun
Tarix iz olub Azəri pis olub
Kimsəsiz olub
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
[Çıxış]
Azərilər, sərsərilər, kimsiniz?
Ay dəlilər, nəşəlilər
Yatmışlar, batmışlar, bayquşlar, qara quşlar
Ağ quşlar, qar, qışda
Ölmüşlər, sönmüşlər, dönmüşlər, gözlərini gömmüşlər
Özlərini bölmüşlər
Ürək-dirək, böyük millət, böyük dirək, kiçik dövlət
Azərbaycan was written by Anar Nağılbaz.