Ayrılıb Gedirəm by Ədalət Şükürov
Ayrılıb Gedirəm by Ədalət Şükürov

Ayrılıb Gedirəm

Ədalət Şükürov * Track #8 On Qapı

The music player is only available for users with at least 1,000 points.

Ayrılıb Gedirəm Lyrics

[Bənd 1]
Bilmirəm, sən məni kimə tay etdin?
Gül kimi sevgimi niyə zay etdin?
Ah, həsrəti, hicranı mənə pay etdin
Ayrı qalmaq üçün səndən, kədərdən
Ayrılıb gedirəm mən bu şəhərdən

Mən elə yanmışam külüm qalıbdır
Allaha tək borcum ölüm qalıbdır
Ən böyük hədiyyən zülüm qalıbdır
Eşqimi salmısan gözdən, nəzərdən
Ayrılıb gedirəm mən bu şəhərdən
Ayrılıb gedirəm mən bu şəhərdən

[Nəqərat]
Səni sevmək başa gəldi çox baha
İçimdə arzular yetməz sabaha
Səninlə üz – üzə çıxmırıq daha
Bəlkə, sevinərsən sən bu xəbərdən?
Əlvida, gedirəm mən bu şəhərdən!

[Bənd 2]
Bilmirəm, bəlkə də yenə sevirəm?
Getməklə özümə əzab verirəm
Mən sənsiz gedirəm, sənsiz gedirəm
Bilmirəm, xəbərin varmı xəbərdən?
Əlvida, gedirəm mən bu şəhərdən!

O çılğın gözlərin nə tez dəyişdi?
Ayrılıq zamanı nə çox gecikdi?
Sevgilim, bu gediş ən son gedişdir
Dönmərəm geriyə bu son səfərdən
Əlvida, gedirəm mən bu şəhərdən!
Əlvida, gedirəm mən bu şəhərdən!

[Nəqərat]
Səni sevmək başa gəldi çox baha
İçimdə arzular yetməz sabaha
Səninlə üz – üzə çıxmırıq daha
Bəlkə, sevinərsən sən bu xəbərdən?
Əlvida, gedirəm mən bu şəhərdən!

Səni sevmək başa gəldi çox baha
İçimdə arzular yetməz sabaha
Səninlə üz – üzə çıxmırıq daha
Bəlkə, sevinərsən sən bu xəbərdən?
Əlvida, gedirəm mən bu şəhərdən!

Ayrılıb Gedirəm Q&A

Who wrote Ayrılıb Gedirəm's ?

Ayrılıb Gedirəm was written by Novruz Aslan & Kənan Mahmudov.

When did Ədalət Şükürov release Ayrılıb Gedirəm?

Ədalət Şükürov released Ayrılıb Gedirəm on Mon Apr 28 2003.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com