[Bənd 1]
Arzuyla dünyaya gəlir hər insan
Bir anda doğulur istəklə güman
Dar gündə calayır ömrümüzə can
Ömür bitə bilər, arzular bitməz
Arzulara bağlı ömrün yazı da
Duyğulara bağlı çoxu, azı da
Yaxını da olur, əlçatmazı da
Ömür bitə bilər, arzular bitməz
[Keçid]
Məsəl var, arzudan arzu doğular
Ayrılmaz sirdaşım, o, dostum olar
Bir ömür mənimlə baş-başa qalar
Ömür bitər, arzular bitməz
[Nəqərat]
Mənə doğmalaşıb, yaman əzizdir
Gözəl duyğulardır, lap gözəl hissdir
İçimdə çağlayan sonsuz dənizdir
Ömür bitə bilər, arzular bitməz
İçimdə çağlayan sonsuz dənizdir
Ömür bitə bilər, arzular bitməz
[Bənd 2]
Arzuyla dünyaya gəlir hər insan
Bir anda doğulur istəklə güman
Dar gündə calayır ömrümüzə can
Ömür bitə bilər, arzular bitməz
Arzulara bağlı ömrün yazı da
Duyğulara bağlı çoxu, azı da
Yaxını da olur, əlçatmazı da
Ömür bitə bilər, arzular bitməz
[Keçid]
Məsəl var, arzudan arzu doğular
Ayrılmaz sirdaşım, o, dostum olar
Bir ömür mənimlə baş-başa qalar
Ömür bitər, arzular bitməz
[Nəqərat]
Mənə doğmalaşıb, yaman əzizdir
Gözəl duyğulardır, lap gözəl hissdir
İçimdə çağlayan sonsuz dənizdir
Ömür bitə bilər, arzular bitməz
İçimdə çağlayan sonsuz dənizdir
Ömür bitə bilər, arzular bitməz
Arzular was written by Hatəm Nəbioğlu & Fuad Biləsuvarlı.
Hatəm Nəbioğlu released Arzular on Wed Apr 14 2021.