Antimental by Orkhan Zeynalli (Ft. PRoMete)
Antimental by Orkhan Zeynalli (Ft. PRoMete)

Antimental

Orkhan Zeynalli & PRoMete * Track #15 On Biz insan deyilik

Antimental Lyrics

[Bənd 1] [PRoMete]
H.O.S.T, H.O.S.T
Bir daş altda, bir daş üstdə
Qabağa getmək üçün denən “Baş üstə!”
Fərq eləməz günahlı, günahsız
Quru altda yanacaq bu ocaqda yaş üstdə

Elə hey deyilir "Biz belə görmüşük"
Amma kimdən? Bilinmir
Küçələrə dağılan zir-zibilin, küləyin də
Səbəbkarı mənim dilimdir

Nə qədər dərddən, sərdən yazacaq bu qələm?!
Yazılanlar da silinmir
Gecə səhərəcən yuxusuz qal, otur
Yaz, sonra təzədən yaz

Çox dərindir, çox dərin getmə, gələr vadalaz
Biz saf, təmiz, ləkə yaramaz
Nə günah var balansımızda
Nə də ki, düzgün ibadət və namaz

[Nəqərat] [PRoMete]
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

[Bənd 2] [AiD]
Sənətdən pul çıxsın deyə, gərək ki, dal yelləsin
Ya da ki, neqr tərzi iynə beyinə mal göndərsin
Sevimli iş hobbi, vəzifə zəhlə tökən
Bu gündən mən də adminəm, ləqəbim isə Əttökən

Tısbağa pul qazandı, birdən oldu bərkgedən
Kimlərdir başını yellədən? Kimdir dərk edən?
Beyinə həkk edən, sovet düşüncələrinə
Addımlarına əminlik qat, əl çək bu bəlkədən!

Çıx bu kölgədən, qır divarları!
Tapdaq altda qaldı beyin barları!
Yatdı qaldı, qalxdı guya faydadır
And-aman, çoxunun beyni tumandadır

Haraya addım atasan ki, qaldıranda iy götürməsin?!
Bu küçələr izini bizə ötürməsin!
Fəth et, get Himalay dağların
Bizi hirsləndirməkdən daha asan

[Nəqərat] [PRoMete]
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

[Bənd 3] [AiD]
Yenə də duy məni, repeat-ə qoy məni
Takta düş, repi tut sonra duy məni!
Stereo səs, bass! Tape-də qur məni!
Şprisə doldurub, damara vur məni!

Hətta iliyimin içində nifrətim
Kəllə sümüyünü sözümlə tərpədim
Kütlə küt yoxsa ağıllı, var fərqi?!
Beynivi qafiyələrlə kirlədim

Şəhərdə onundan beşi - Kurtlar Vadisi tipi
Vidi, görünüşü, kostyumu xarici
Duruş, baxış sanki dünyanın sahibi
Biz kölə, amma yazırıq tarixi

Düz yol itir, döngələr qalır
Yenə kölgədə bölgələr qalır
Hər yer tüstü, bütün şəhər yanır
Bütün qızlar, oğlanlar yanır

[Nəqərat] [PRoMete]
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qıraqda
Sən gəl bura layiq sözünü çıxart!

Antimental Q&A

Who wrote Antimental's ?

Antimental was written by PRoMete & Orkhan Zeynalli.

Who produced Antimental's ?

Antimental was produced by HOST Production.

When did Orkhan Zeynalli release Antimental?

Orkhan Zeynalli released Antimental on Sat May 29 2010.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com