Anlamı Yox by Rəhim Rəhimli (Ft. N.Lee)
Anlamı Yox by Rəhim Rəhimli (Ft. N.Lee)

Anlamı Yox

Rəhim Rəhimli & N.Lee * Track #11 On Bir Zamanlar

The music player is only available for users with at least 1,000 points.

Anlamı Yox Lyrics

[Bənd 1]
Mən düşündüm ki, bəlkə axırımızdır bu
Bəlkə də, ehtimal var, yenidən görüşə bilərik
Adını sən qoyarsan, mahnımızdır bu
Sədaları altında harada olsaq da, qovuşa bilərik
Adını sən qoyarsan, mahnımızdır bu
Sədaları altında harada olsaq da, qovuşa bilərik

[Nəqərat]
Ayrılığın yox anlamı
Bu gedişin sonu çoxdan mənə bəlli idi
Həyatı dərk edənlər üçün ömrün qışı
Baharından da dəyərli idi
İtirilən zamanı geriyə
Qaytara bilmərik, hətta istəsək də
Əl açıb ümidlə hər an gözləsək də
Ümidlərin özü adi bir təsəlli idi

Ayrılığın yox anlamı
Bu gedişin sonu çoxdan mənə bəlli idi
Həyatı dərk edənlər üçün ömrün qışı
Baharından da dəyərli idi
İtirilən zamanı geriyə
Qaytara bilmərik, hətta istəsək də
Əl açıb ümidlə hər an gözləsək də
Ümidlərin özü adi bir təsəlli idi

[Bənd 2]
İstəmirəm, fırlansın çarx
Bəxtimə düşsün xoşbəxtlik, sən yoxsansa
De, neynirəm, əlimdən gələni edim
Həyat başdan-ayağa nöqsansa
Hər davadan sonra ilk addım mən
Qırılan qürur olsun ancaq

Hər dəfə qəribə bəhanə tap
O şeytan qəlbimə ox sancar
Əllərim, bax, bağlıdır, görəsən
Əvvəli, ya axırıdır həyat
Başımdan alıb ağlımı yaşayırıq
Hansı aşiqin ağlını?

Ayrılıq çalır boz rəngə
Hər şey bağlıdır bir zəngə
Sevgi vardır, deməli, yox əngəl
Mən gözləyirəm, təki sən gəl

[Nəqərat]
Ayrılığın yox anlamı
Bu gedişin sonu çoxdan mənə bəlli idi
Həyatı dərk edənlər üçün ömrün qışı
Baharından da dəyərli idi
İtirilən zamanı geriyə
Qaytara bilmərik, hətta istəsək də
Əl açıb ümidlə hər an gözləsək də
Ümidlərin özü adi bir təsəlli idi
Anlamı yox...

Anlamı Yox Q&A

Who wrote Anlamı Yox's ?

Anlamı Yox was written by Murad Quliyev.

When did Rəhim Rəhimli release Anlamı Yox?

Rəhim Rəhimli released Anlamı Yox on Mon Dec 18 2023.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com