Elşad Xose
Elşad Xose
Elşad Xose & Паук (Pauk)
Elşad Xose
Elşad Xose & Zülfiyyə Xanbabayeva
Elşad Xose & Faiq Ağayev
Elşad Xose & Şövkət Ələkbərova
Elşad Xose
1959-cu il istehsalı “Onu bağışlamaq olarmı?” filmində Şövkət Ələkbərova tərəfindən səslənmiş bu ifaya 2000-ci ildə Elşad Xose yenidən müraciət etmişdir. Və beləcə, Azərbaycan musiqisində ilk virtual duet yaranmışdır.
[Bənd 1: Elşad Xose]
Həyatın vaxtı qısadı, qısa
Mənim sözlərimdən sonra danışar, susar
Susan danışar, gedən dayanar
Ulduz sayılan sönsə də, yanar
Allah ölənlərə rəhmət eləsin!
[Nəqərat: Şövkət Ələkbərova]
Mən çox gün görmədim
Bil ki, dünyada
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən
[Bənd 2: Elşad Xose]
Cavanlığı hər kəs yaşayır, bilmir
Səhvləri tutsa da, bir söz demir
Kim sevinclədi, kim dərdlə
Sevincimiz alt-üst bəd xəbərlə
Ey bizi dinləyən, hər dərdi bilən
Ağlında bir şey tutub başqa söz deyən
Üzümüzə gülüb, dalımızca danışan
Şirin sözü acı bilib alışan yanar
[Nəqərat: Şövkət Ələkbərova]
Hər gülün rəngini
Salıram yada, mən yada
[Bənd 3: Elşad Xose]
Bizim yeni ulduzların mahnıları bikar
Bikar mahnı dinləməkdən qulağım olubdur kar
Əsl ifa, əsl sənətkar
Bu mahnı yekdir, bizə qalıb yadigar
Mərhum sənətkarın səsi bizimlədi
Vücudu, ifası ürəyimizlədi
Hər dəfə eşidəndə tüklər biz-biz
Mahnı sona çatanda dayanacaq nəbzimiz
Qəmgin mahnısı yenidən yaşayır
Gözlərim dolur, onunçün ağlayır
[Outro: Şövkət Ələkbərova]
Ağlaya-ağlaya
Ağlaya-ağlaya
Qaranlıqda mən
Ağlaya-Ağlaya (Qəmgin Mahnı) was written by Elşad Xose & Zeynal Cabbarzadə.
Elşad Xose released Ağlaya-Ağlaya (Qəmgin Mahnı) on Sat May 27 2000.