[Bənd 1]
Kəlmələr bu anı vəsf eyləməkçün
Gərək ki, göylərdə əksin görünsün
Duyğuları mənlə bir anlamaqçün
Həddindən ziyadə nəbzin döyünsün
[Keçid]
Öz əlinlə topladın ulduzları
Aydınlatsın qarşımızda yolları
Fərq etməz, bu nağıl necə sonlanır
Səninlə bir yerdə uyğun görünsün
[Nəqərat]
Baxırsan gözlərimə səssizcə
Ruhumu bədənimdən alırsan sən
Mən tam əmin deyiləm, zənnimcə
“1001 Gecə”-dən bir nağılsan sən
Baxırsan gözlərimə səssizcə
Ruhumu bədənimdən alırsan sən
Mən tam əmin deyiləm, zənnimcə
“1001 Gecə”-dən bir nağılsan sən
[Bənd 2]
Mən nə cür xəyalın həqiqət sanım?
Əksindən ibarət sanki hər yanım
Arzular sonsuz, sən ən son ünvanım
Qoy bir az da fələk yorğun görünsün
[Keçid]
Öz əlinlə topladın ulduzları
Aydınlatsın qarşımızda yolları
Fərq etməz, bu nağıl necə sonlanır
Səninlə bir yerdə uyğun görünsün
[Nəqərat]
Baxırsan gözlərimə səssizcə
Ruhumu bədənimdən alırsan sən
Mən tam əmin deyiləm, zənnimcə
“1001 Gecə”-dən bir nağılsan sən
Baxırsan gözlərimə səssizcə
Ruhumu bədənimdən alırsan sən
Mən tam əmin deyiləm, zənnimcə
“1001 Gecə”-dən bir nağılsan sən
“1001 Gecə”-dən bir nağılsan sən