Qoca Çinar by Ədalət Şükürov
Qoca Çinar by Ədalət Şükürov

Qoca Çinar

Ədalət Şükürov * Track #1 On Qoca Çinar

The music player is only available for users with at least 1,000 points.

Qoca Çinar Lyrics

[Bənd 1]
Bizim həyətimizdə bir çinar vardı
Onun ətrafında biz yığışardıq
Bir gecə yaxınlaşıb mən o ağaca
Qorxa-qorxa yazdım "A" üstəgəl "A"

Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə

[Nəqarət]
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi

[Bənd 2]
Çinarın kölgəsində dayanırdım mən
Gözləyirdim məktəbdən qayıdanda sən
Qonşular görərdi mənim bu halımı
Mənə çox qəribə baxardı hamı

Nə bilə idim ay çinar bahardan mənə qalan
Uşaqlıqdan mənim sevdiyim o qız
Axı sən şahid idin bir dostum da bilirdi
Kimə mən demişəm "sevirəm səni"

[Nəqarət]
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, bir də dostum bilirdi
Yaxın dostum bilirdi mənim sirrimi

[Bənd 3]
Gəlib çinar altında yenə oturdum
Gördüm ki eyvanda dayanıb dostum
Yanında sən vardın dolandı başım
Demə dostum olub ömür yoldaşın

Keçdi illər mən qayıtdım sevgimi yada saldım
Düşündüm bəlkə səni görəm yenə
Şahid idi o çinar, yadımdadı o bahar
İlk dəfə sevirəm demişdim sənə
Sevirəm!

[Nəqarət]
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Qoca çinar bilirdi mənim sirrimi
Bir də dostum bilirdi, mənim dostum bilirdi
Yaxın dostum bilirdi mənim sirrimi

[Sonluq]
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum, bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum, bilirdi mənim sirrimi

Qoca Çinar Q&A

Who wrote Qoca Çinar's ?

Qoca Çinar was written by Ədalət Şükürov & İkram Əliyev.

When did Ədalət Şükürov release Qoca Çinar?

Ədalət Şükürov released Qoca Çinar on Thu Jan 01 2004.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com