Susacam by Ali Khayyam
Susacam by Ali Khayyam

Susacam

Ali Khayyam * Track #1 On Morfin

Download "Susacam"

Susacam by Ali Khayyam

Release Date
Mon Jun 03 2013
Performed by
Ali Khayyam

Susacam Annotated

Sözlərin arasında itirəm bu səhər.
Balaca evlərin arasında,
Küçədə göyərçinlər belə ağlayır.
Yoxsan, yoxsan və yoxsan.

Rənglərimi itirmişəm elə bil.
Saatlarım sənsizliyə 5 dəqiqə işləyib.
Bu səhər bütün musiqiləri yandırmışam.
Susmuşam, susmuşam və susmuşam..

Nəqarət:
Unut sən məni, ya da uzağa apar.
Bu qış içimə bədbinlik qatar.
Unut sən məni, ruhumu da öldür,
Ya da dövranı tərsinə döndür.
Nəyə gərəkdi ki, bu qədər sözlərin?
Susursa gözlərin, şüşədən de qəlbin.
Susacam, sonsuzluq olsun ifadəm.
Bəlkə təsir edər, dəyişilər adın.
Susacam, danışacaq mahnılarım mənim.
Susacam, yox olacaq ağrılarım, qəlbim.
Susacam, qaçacaq hisslərim geriyə.
Susacam, yaşayacaq o, dönməmək üçün mənə.

Yarı içkili, yarı ayığam bu günlər.
Pəncərəmdən keçən yollar,
Səndən keçməyən yollara düşmənəm mən.
Sənlə bağlı xəyallarımın yarısı çirkdi.
Gözlərimdən düşür sənsizlik,
Bədəninə toxunan əllərə düşmənəm mən.
Tüstü oyunlarından qaralır dodağlarım,
Gözlərimdən süzülür sənsizlik,
Mənsiz inandığın Tanrılara şeytanam mən.
Bir neçə səhifə səpələnib otağıma,
Üzərində sənsizliyin misraları,
Sənsizliyin o əclaf şairiyəm mən.
Günəşlə sevişdiyimə baxma gecələr
Yatağımdan utanıram,
Sənsiz gülüş yollarındayam mən.

Susacam, qaçacaq hisslərim geriyə,
Susacam, yaşayacaq o, dönməmək üçün mənə.

Susacam Q&A

Who wrote Susacam's ?

Susacam was written by Ali Khayyam.

When did Ali Khayyam release Susacam?

Ali Khayyam released Susacam on Mon Jun 03 2013.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com