[Nəqarat]
Bu mövzular izləyir bizi
Qarabaqara
Görüm sizin var dövlətiniz
Xaraba qala
Bəlkə bir dəfəlik xətt çəkək
Qarabağa da?!
De Ağa, de Ağa!
[1. Verse]
Aaah!
Track kobuddur
Müdürün işçiyə cavabı kimi
Sənətimin fanatıyam
Necə dinə vahabi kimi
İndi tülkü Həccə gedir
Görən onun savabı kimə?
Beynimdə o qədər sual var ki
Cavabı kimdə?!
Məsələn
Nə qədər dolanar deputat
110 manat maaşla?
Bağışla
Amma sistem məşğul ancaq
Təraşla!
Polis vətəndaşla
Pis danışır? Daşla!
Etirazı bildirmə
Yellədərək başla
Məğzi:
Bu ölkədə, bilki
Yoxdu təhsil
Və təsbeh edir təsir
Və gənclik gedir
Tərsinə
Yeni nəsil "strimit" edir
İçəridən nə bilir hə?!
"Yaxşı oğlan" yazılma
Bil ki, sənin qəbrinə
Denən indi hansı çağ
Və denən hansı zaman
Demokratiya - ağ yalan
Ala, tapdalanıb qürur tamam
Tapdalanıb hüquq yaman
Amma üfüqdə var güman
Özümüzdə var günah
Nə qədər vaxt
Çəkəcən ah?
[Nəqarat] (X2)
Bu mövzular izləyir bizi
Qarabaqara
Görüm sizin var dövlətiniz
Xaraba qala
Bəlkə bir dəfəlik xətt çəkək
Qarabağa da?!
De Ağa, de Ağa!
[2. Verse]
Bilmirəm kimdən soruşum
Nədən bu qədər tığac var?
Nə qədər Bakıda maşın varsa
Bir o qədər də ac var
De kimdən soruşum
Məsələn:
Elit restoranda öz dilim dəbdən düşüb
Rusun dilinə ehtiyac var
Xəbərlərdə köhnə-hamam, köhnə tas
Rəisin vicdanıda Xoşqədəmin verlişində
Hamı şirə dönür
Nəsə paylaşanda HamamTimes
Mitinqə qalanda isə
Siçan kimi deşiyində
Varlıya Maybach baha
Kasıba baş daşı!
Birinci oğlan qızı almalı
Ya qız qaşı?
Mən yaltaqlıda naşı
Necə bağlayım borcları
Bu şəhərdə görəsən hardadı
Yaltaqlıq kursları?
Bir rəqəmin arxasına
Neçə sıfır atmalısan ki
Verə bilsin Vətənə
Bir şəhidin əvəzini?
Bilmirəm kimdən soruşum
Nəcür, necə yazmalısan ki
Qırasan bu millətin
Beynindəki qəfəsini?
[Nəqarat] (X2)
Bu mövzular izləyir bizi
Qarabaqara
Görüm sizin var dövlətiniz
Xaraba qala
Bəlkə bir dəfəlik xətt çəkək
Qarabağa da?!
De Ağa, de Ağa!
[Hook} (X2)
Əlimə qələmi alandan
Aram yoxdu yalanla
Əldə olan - qalandı
Onu da axır alarlar
Əlimə qələmi alandan
Aram yoxdu yalanla
Vətən anadır, haa?!
Yola getmirəm anamla!
De, Ağa was written by RG.
De, Ağa was produced by Nadir Negd Pul.