[Bənd 1]
Gözümdə leylisən, nədən gileylisən
Nədən gileylisən, yar?
Nə deyərlər bizə, gələndə üz-üzə
Gələndə üz-üzə, yar?
[Keçid]
Gülərüzlüm, şirinsözlüm
Alagözlüm, dön, bəri bax
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq
Gülərüzlüm, şirinsözlüm
Alagözlüm, dön, bəri bax
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq
[Nəqərat]
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
[Bənd 2]
Könlüm olmaz aram, səni arzularam
Səni arzularam, yar
İnan mənə, inan
Sözümdə yox yalan, sözümdə yox yalan
[Keçid]
Gülərüzlüm, şirinsözlüm
Alagözlüm, dön, bəri bax
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq
Gülərüzlüm, şirinsözlüm
Alagözlüm, dön, bəri bax
İnsaf elə, bundan belə
Daha məndən düşmə uzaq
[Nəqərat]
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
Qəlbimin parasısan, dərdimin çarasısan
Gözümün qarasısan, gəl
Arzumsan, diləyimsən, həmişə gərəyimsən
Döyünən ürəyimsən, gəl
Gözümdə Leylisən was written by Emin Sabitoğlu & Rüfət Əhmədzadə.