YA İNDİ, YA HEÇ VAXT by Paster
YA İNDİ, YA HEÇ VAXT by Paster

YA İNDİ, YA HEÇ VAXT

Paster * Track #1 On BİNA

Download "YA İNDİ, YA HEÇ VAXT"

YA İNDİ, YA HEÇ VAXT by Paster

Release Date
Fri May 22 2020
Performed by
Paster
Produced by
Clavis On The Track
Writed by
Paster

YA İNDİ, YA HEÇ VAXT Lyrics

[Giriş]
Göylərdə dənizdən danışırlar...
Səmalara toxun!
İndi! Ya da heç vaxt...

[1-ci hissə]
Orada çox danışırlar
Orada çox danışırlar
Burada zülmət və gecədir
Yandırdım özüm üçün yoxdan işıqlar

Mənim üçün boş şeydir kinayə
Xoş gəldiniz "BİNA"ya!
Qəlbimi satmışam!
Pullara sevgi və yaşayıram anları
Xoşbəxtlik kirayə

Mən çətin və tənhayam, əlimdə sətirlər əlayam
Bir gündə yaşayıram, bir gündə ölürəm
Qalxıram, kəpənək, səmaya

Bu qanan üçündür
Həqiqətdir, amma yalan üçündür
Mənim atam mənə heç nə verməyib və zirvəyə qalxmaq da anam üçündür!

[Nəqarət]
Bitəcək ömür!
"Lambo"da "rich", sarayda şah, ya ofisdə qul, ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!

Dayanmır, dünyamız dönür!
Sus, ya da de!
Qalx, ya da en!
Hər şey, ya da heç nə!
Ya indi, ya heç vaxt!

Ey! Hər şey, ya da heç nə!
Ey! Ya indi, ya heç vaxt!
Ey! Mənim içimdə səs var:
"Hər şey, ya da heç nə! Ya indi, ya heç vaxt!"

[2-ci hissə]
Bir ömür qəlbimdə sancılarla
Ya da bir ömür sarayda qancıqlarla
Bir ömür dua və falçılarda
Ya da bir ömür boş yerə!
İnancım harda?!

Qıfıllı qəlbin açarı yoxdur
Sənin dərdlərinə məndə çarə yoxdur
Məni mənə burax, sevgim ölüb
Sənin suallarına mənim cavabım yoxdu, day!

Ey! Mən yaşayıram günlə!
Əlimdə çek, ya da başımda güllə
Hədəfə doğru, ya da axına qarşı
Mən öləcəyim yerə də daşıyıram güllər

Nə kölə, nə kənizəm!
Küsən də deyiləm, önümdə təmizəm
Öləcəyəm dənizə yaxın, mən bilirəm
Danışırlar, çünki, göylərdə dənizdən!

[Nəqarət]
Bitəcək ömür!
"Lambo"da "rich", sarayda şah, ya ofisdə qul, ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!

Dayanmır, dünyamız dönür!
Sus, ya da de!
Qalx, ya da en!
Hər şey, ya da heç nə!
Ya indi, ya heç vaxt!

Ey! Hər şey, ya da heç nə!
Ey! Ya indi, ya heç vaxt!
Ey! Mənim içimdə səs var:
"Hər şey, ya da heç nə! Ya indi, ya heç vaxt!"

[Çıxış]
Əsas olma qolu içəridə bağlı
"Nigga", əsas [...] olmamaqdır
Soğan olur-olsun nağdı
Küçələr mənimdir, "boy", day, "sorry", səndə vaxtdır!

İndi bilirəm, amma əvvəl nə üçün?
Bir də soruşursunuz məndən səbəb nə üçün?
Mənə pullar lazımdır səpələmək üçün!
Mənə pullar lazımdır gəbərmək üçün!

YA İNDİ, YA HEÇ VAXT Q&A

Who wrote YA İNDİ, YA HEÇ VAXT's ?

YA İNDİ, YA HEÇ VAXT was written by Paster.

Who produced YA İNDİ, YA HEÇ VAXT's ?

YA İNDİ, YA HEÇ VAXT was produced by Clavis On The Track.

When did Paster release YA İNDİ, YA HEÇ VAXT?

Paster released YA İNDİ, YA HEÇ VAXT on Fri May 22 2020.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com