[Bənd 1]
Əziz dostum məndən küsüb, inciyib
Ayrılıb yad kimi çıxdı evimdən
Getdiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən
[Nəqərat]
Nəcə nəğmə qoşub, necə dinməyim?!
Dost gedib, özümə gələ bilmirəm
Elə bil, əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
[Bənd 2]
Çaldığım o sazı gətirin mənə
Görün ki, çalmaqda necə mahirəm
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırıldı o dəm
Əziz dostum was written by Qulu Əsgərov & Rəsul Rza.