Şən Azərbaycan by Polad Bülbüloğlu
Şən Azərbaycan by Polad Bülbüloğlu

Şən Azərbaycan

Polad Bülbüloğlu

The music player is only available for users with at least 1,000 points.

Download "Şən Azərbaycan"

Şən Azərbaycan by Polad Bülbüloğlu

Şən Azərbaycan Lyrics

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan…

[Nəqərat]
Bol bəhrəli Muğan düzü
Mil düzü, Şirvan düzü
Gəl, gəl deyir şən Azərbaycan…

Tər gülləri şəfalıdır
Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan…

[Bənd 2]
El qızları düzüm-düzüm Kür qırağında
Min gül açıb Gəncəmizin hər budağında…
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır…

[Nəqərat]
Bol bəhrəli Muğan düzü
Mil düzü, Şirvan düzü
Gəl, gəl deyir şən Azərbaycan…

Tər gülləri şəfalıdır
Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan…

[Bənd 3]
Hər damlası laylay çalan göy Xəzərim var
Hər ulduzu nəğməm olan min şəhərim var…
Keçdim yenə çiçək-çiçək hər mahalımdan
Öz yurdunun doymaz ürək yüz vüsalından…

[Nəqərat]
Bol bəhrəli Muğan düzü
Mil düzü, Şirvan düzü
Gəl, gəl deyir şən Azərbaycan…

Tər gülləri şəfalıdır
Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan…

Hər yanı gülşən Azərbaycan…

Şən Azərbaycan Q&A

Who wrote Şən Azərbaycan's ?

Şən Azərbaycan was written by Polad Bülbüloğlu & Məstan Günər.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com