Ah neçə illərdir yalan görmüşəm by Nizami Rəmzi
Ah neçə illərdir yalan görmüşəm by Nizami Rəmzi

Ah neçə illərdir yalan görmüşəm

Nizami Rəmzi

The music player is only available for users with at least 1,000 points.

Download "Ah neçə illərdir yalan görmüşəm"

Ah neçə illərdir yalan görmüşəm by Nizami Rəmzi

Performed by
Nizami Rəmzi

Ah neçə illərdir yalan görmüşəm Lyrics

[Giriş]
Varımı, yoxumu talan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 1]
Vəzifədən kənar olan qəm tutub
Kiminsə dalında düşüb şəm tutub
Bir dəstə adam oturub dəm tutub
Bircə dənə zurna çalan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 2]
Qızıl xəncəri götürüb əlinə
"Şəxsən" kəlməsini tikdi dilinə
Vətənimin sərvətinin yerinə
Neçə-neçə medal alan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 3]
Partiya adı ilə iməyliyən
Kommunistlərin dalınca ləhləyən
"Lenin, əziz babamızdır" söyləyən
Ən görkəmli şeir yazan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 4]
Dünya vəfasızdır, dəşikdik donu
Böyük kainatın sonsuzdur sonu
Milyonu keçmişdi pambığın tonu
Onu plan deyil, palan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 5]
Bir ilin dördcürə fəsillərində
Hamı talon gəzdirir əllərində
İndi nə var durğunluq illərində
Toyuğu cüt-cüt yumurtlayan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 6]
Səsi, səsi, min səsi ilə bərabər
Tərəvəzi, meyvəsi ilə bərabər
Yunu, qoyun çəkisi ilə bərabər
Qəhrəman ad alan çoban görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 7]
Özgə vilayətə axan neftimin
Bayraqlara nişan taxan neftimin
Əzab-əziyyət ilə çıxan neftimin
Tonun üç manata satan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 8]
Nəhəng bir insan bizə oldu mehman
Çənəsini tərpədərək astadan
"Vot şiroko şaqaet Azərbaycan"
Sözün deyən tərki-cahan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 9]
Xəzərimizi buladan Sumqayıtda
Yox, kimsəni oyadan Sumqayıtda
Tariqələr yaradan Sumqayıtda
Yüz minlərlə zəhər udan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

[Bənd 10]
"Mən gəlirəm" deyə xəbər göndərən
Öz-özünü özgələrə güldürən
Süd bulağından əlavə söz verən
Erkək öküzləri sağan görmüşəm

[Nəqərat]
Ah neçə illərdir yalan görmüşəm
Ah neçə illərdir yalan görmüşəm

Ah neçə illərdir yalan görmüşəm Q&A

Who wrote Ah neçə illərdir yalan görmüşəm's ?

Ah neçə illərdir yalan görmüşəm was written by Nizami Rəmzi.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com