Rüzgar
Rüzgar

Rüzgar

AKA: Aydın Hüseynov, Rüzgar a.k.a Kamikadze

About Rüzgar

Aydın Hüseynov (Rüzgar) – Azərbaycanlı “rapper”
2009-cu ildə “rap” kariyerasına başlayıb. İlk “track"ləri çox uğursuz olub. Sonralar Qəza Boss‘la tanış olub və bu tanışlıq Rüzgar'ı "professional rap"ə gətirib. 2009-cu ildən "G Coast” qrupu adı altında fəaliyyət göstərib. Qrupun ilk “track"i olan “Rapressiya” AzRap'ə səs salaraq böyük bir kütləni özlərinə cəzb edə bilmişdi. Bu "track” Rüzgar'ın sayca 4-cü “track"i olub. Bütün saytlar və "Azadlıq Radiosu"nda səslənən bu track Rüzgarın ilk uğuru olmuşdur. 2009-cu ilin aprelində Hərbi Xidmətə yollanıb və 2010-cu ildə Hərbi Xidmətdən qayıdaraq yenidən qrup üzvləri ilə görüşüb. Qrup yenidən tam tərkib olaraq fəaliyyətə başlayıb. “Sənsiz” və "Məktub Var” kimi tracklər yayımlanıb. Bu “track"lər bir qədər uğurlu olduğuna görə dinləyicilərin "G-Coast” qrupuna rəğbəti artır və qrup sevilməyə başlanılır. 2011-ci ildə “G-Coast” qrupu müəyyən səbəblərə görə dağılır və hal-hazırda qrupun hər bir üzvü öz fəaliyyətlərinə solo davam edirlər. Rüzgar qrupun dağılmasına görə 2011-ci ilin noyabr ayına qədər heç bir iş görməyib. Dekabr ayında isə “EP albom (Sərt Əsinti)” işləmək qərarına gəlir. “Sərt Əsinti” Rüzgarın ilk albomudur. 2012-ci ildə “Sərt Əsinti” albomu dinləyicilərə internet üzərindən təqdim olundu. Bu albom Rüzgar'a bir qədər də uğur gətirdi və Rüzgar 6 May 2012-ci ildə konsert vermək qərarına gəldi. Lakin biletlərin satışı Rüzgar'ın təxmin etdiyindən qat-qat zəif oldu və bu səbəbdən konsert baş tutmadı. Daha sonra Rüzgar 2012-ci ilin sonlarında DeFakto, Lil Charlie (indiki Chvrlix) və Obama ilə birlikdə “Neytral Zona” qrupu adı altında fəaliyyət göstərməyə başladı. Qrupun uğurlarından çox danışmaq olar, amma qrupun 2012-ci ildə olan ən böyük uğuru “Bizə Yol Ver” proyekti oldu. Neytral Zona, KM Family və İstehza'nın birgə iş birliyi olan bu proyekt böyük səs-küyə səbəb olaraq AzRap'ə dərin bir iz qoydu. Rüzgarın 2013-cü ildə qabağına qoyulmuş məqsədi AzRap'i digər ölkələrdə tanıtmaq idi. İlk proyekti Türkiyədə tanınan və ən güclü adlardan biri olan Contra ilə ortaq iş birliyi oldu. Bu proyekt uğursuz olduğuna görə Rüzgar 2013-cü ildə “Qezza” adlı albom işləmək qərarına gəldi. “Bir Şəhidin Fəryadı”, “Pul və Sevgi”, “Çəkib Yazmışam”, “Hələki 1%” kimi “track"lər bu albomda yer alıb. Lakin Rüzgar bu albomu yarımçıq saxlayaraq bütün "track"ləri paylaşmaq qərarına gəlir. 2013-cü ildə Türkiyədən "Doruk Organizasyon & Menajerlik” tərəfindən Rüzgar'a iş təklifi gəlir və Rüzgar 2013-cü ilin oktyabr ayında Türkiyəyə gedir. İşlərini bir müddət Türkiyədə davam etdirən Rüzgar bütün planlarını orada quraraq Azərbaycana qayıdır və burada yeni albom üzərində işləmək qərarına gəlir. Rüzgar'ın sayca 2-ci albomu olan “Sərt Əsinti 2” 2014-cü ilin oktyabr ayında satışa çıxarılır. Satış uğursuz olduğuna görə Rüzgar “rap"ə bir müddət fasilə vermək qərarına gəlir. Daha sonra “Sərt Əsinti 3” və “Elçi” albomlarını dinləyicilər təqdim edərək karyerasına davam edir.

Rüzgar Q&A
When did Rüzgar's first album release?

Rüzgar's first album QEZZA released on Thu Jan 01 1970.

What is the most popular album by Rüzgar?

The most popular album by Rüzgar's is Oyan

What is the most popular song by Rüzgar?

The most popular song by Rüzgar's is Yenə Gedirəm Mal-Mal Dalınca

When did Rüzgar start making music?

Rüzgar's first song Yenə Gedirəm Mal-Mal Dalınca released on Fri Aug 17 2018.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com